Xəzər Xəbər

Putinin Qarabağla bağlı son açıqlaması nə vəd edir? - VİDEO

Veb TV | 19:31 • 23 Oktyabr 2020
Putinin Qarabağla bağlı son açıqlaması nə vəd edir? -

Azərbaycan ərazisinin əhəmiyyətli bir hissəsinin itirildiyi vəziyyət əbədi davam edə bilməz.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin "Valday" klubunun iclasında onlayn çıxışı zamanı səsləndirib.

Putin deyib ki, rəsmi Moskva Qarabağdakı vəziyyət üçün xüsusi məsuliyyət hiss edir. Buna görə də münaqişənin həllində hər iki tərəf üçün məqbul kompromislər tapmağa çalışıb.

Kreml rəhbəri qeyd edib ki, ölkəsinin həm Ermənistanla, həm də Azərbaycanla xüsusi əlaqələri olub. Ancaq Azərbaycan ərazisinin əhəmiyyətli hissəsinin itirilməsi ədəbi ola bilməz.

Beynəlxalq hüquq üzrə ekspert Əfsər Sadıqov deyir ki, Putinin bu açıqlaması gözlənilən idi. Çünki Azərbaycan regionun açar ölkəsidir və Rusiya Ermənistana görə Azərbaycanı itirmək istəməz.

Əfsər Sadıqov bildirir ki, Vladimir Putinin dünənki çıxışı ilə Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvü, həmçinin münaqişənin tənzimlənməsi üzrə vasitəçi olan ATƏT-in Minsk qrupunda həmsədr ölkələrdən biri kimi Azərbaycanın haqlı mövqeyini müdafiə etmiş oldu.

Politoloq deyir ki, Rusiya da başa düşüb ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək məsələsində israrlıdır və bu, gec-tez öz həllini tapacaq.

Onun sözlərinə görə, aparılan uğurlu xarici siyasət nəticəsində geopolitik vəziyyət tamamilə Azərbaycanın xeyrinə dəyişib. Və bu gün region ölkələri, habelə bölgədə xüsusi çəkisi olan həm Rusiya, həm də Türkiyə münaqişənin Ermənistanın işğalçılıq maraqlarına uyğun deyil, Azərbaycanın beynəlxalq müstəvidə tanınan ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdılar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti