Xəzər Xəbər

Gəncə terrorunda gözlərini itirən Pərvin - O, bir daha balalarını görməyəcək - FOTO

Hadisə | 12:31 • 20 Oktyabr 2020
Gəncə terrorunda gözlərini itirən Pərvin -

"O təkcə öz dünyasının deyil, həm də balalarının görən gözü idi - Pərvin Nüsrəddin qızı Qasımovanın (19.03.1994) cəmi 26 yaşı var. Dünənə qədər həyat onun üçün güllü-çiçəkli idi. Bu gündən isə qaranlıq, zülmət...

Dünənə qədər o, iki gül balasının necə böyüdüyünə şahid idi. Bu gündən isə doğmalarının üzünə həsrət..."

Bu sözləri aparıcı Hacı Nuran Hüseynov sosial şəbəkə hesabında yazıb. O, Pərvinin ailə fotolarını yayaraq həyat hekayəsini belə dilə gətirib:

"Daha o nə gün işığı görəcək, nə anasının üzünü, nə də balalarının böyüməyini... Sadəcə, sığal çəkəcək, oxşayacaq onları...

Çünki qatil erməni onu dünya işığına həsrət qoydu... Oktyabrın 17-də Gəncə terrorunun qurbanı olanlar arasında onun da adı var - Qasımova Pərvin Nüsrəddin qızı... İki gözünü itirdi Pərvin... Dağıntılar altından sağ çıxarıldığına şükr edir doğmaları...

O da üsyankar deyil... "Gözüm Vətənə qurban olsun" deyir... "Mən balalarımı bəsirət gözümlə görər, ürəyimin gözü ilə sevərəm... Təki Vətən sağ olsun, oğullar şəhid olmasın" deyir... Bundan böyük ürək olarmı?.. Gənc bir qızın məntiqi qarşısında baş əymək gərək...

Mən bu xalqın mərd oğul, qızları ilə fəxr edirəm... Biz ona görə bu gün tarix yazırıq... Çünki bu xalqın anaları Vətən uğrunda şəhid olan oğul tabutunu çiynində daşıyar, qızları isə "gözüm Vətənimə qurban olsun" deyər!"

BAKU.WS

Rubrikanın digər xəbərləri

Masazırda narkoanbar kimi istifadə olunan ev aşkarlanıb
Masazırda narkoanbar kimi istifadə olunan ev aşkarlanıb həbs edilənlər var
15:42 • 16 Aprel 2024
Masazırda evdən külli miqdarda
Masazırda evdən külli miqdarda OĞURLUQ
10:47 • 16 Aprel 2024
İmişlidə iki nəfəri elektrik cərəyanı vuraraq
İmişlidə iki nəfəri elektrik cərəyanı vuraraq ÖLDÜRDÜ
16:20 • 14 Aprel 2024
Gəncədə yanğın
Gəncədə yanğın ÖLƏN VAR
13:04 • 13 Aprel 2024
Ağdamda mina partlayışı
Ağdamda mina partlayışı YARALANANLAR VAR
15:27 • 12 Aprel 2024
Şəkidə 89 yaşlı piyadanı avtomobil vuraraq
Şəkidə 89 yaşlı piyadanı avtomobil vuraraq ÖLDÜRÜB
08:41 • 12 Aprel 2024

Xəbər lenti