Xəzər Xəbər

Bakıda avtomobil 2 yaşlı körpənin üstündən keçdi

Hadisə | 10:12 • 2 Avqust 2020
Bakıda avtomobil 2 yaşlı körpənin üstündən keçdi

Bakıda körpənin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


 


XəzərXəbər-in məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.


 


Yeni Günəşli qəsəbəsində avtomobil 2018-ci il təvəllüdlü Məmmədli Ömür Asim qızının üzərindən keçib. Ağır bədən xəsarətləri alan 2 yaşlı körpə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş və qarnın küt travması, çanaq sümüklərinin sınıqları diaqnozları qoyulub. Ö.Məmmədlinin vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır./Report


Xəbər lenti