Xəzər Xəbər

Acunun heyran olduğu futbolçu milli komandadan qovuldu ŞOK SƏBƏB

Şou Biznes | 14:27 • 28 İyul 2020
Acunun heyran olduğu futbolçu milli komandadan qovuldu

Türkiyənin qadınlardan ibarət futbol üzrə milli komandasının forvardı Aycan Yanaç heyətdən uzaqlaşdırılıb.


Millinin baş məşqçisi Necla Güngör ona təklif göndərməyəcəyini bildirib.


"Survivor” TV yarışmasına qatılan Aycanın yenidən milliyə çağırılıb-çağırılmayacağına dair suala baş məşqçi belə cavab verib: "Siz olsanız, çağırardınız? Mənim futbolçuların burada qan-tər içində məşq edir. Bütün fikirlərini milli komandaya yönəldiblər. Bu vəziyyətdə yarışmaya gedən bir Aycanı çağıracağımı zənn etmirəm”.


Açıqlamadan xəbər tutan A.Yanaç qarşısına milli komanda ilə yarışma arasında seçim qoyulmadığını, qoyulacağı təqdirdə isə milli komandanı seçəcəyini deyib. O bildirib ki, Necla Güngör baş məşqçi olduğu müddətdə bird aha milli komandanın düşərgəsinə qatılmayacaq: "Almaniya millisinin baş məşqçisi bu durumda mənimlə qürur duyar, məni dəstəkləyərdi. Amma Necla hoca insanlara yanlış informasiya ötürür”.


Qeyd edək ki, Almaniyanın Nürnberq şəhərində 1998-ci ildə dünyaya gələn Aycan Yanaç 2 il əvvəl A milli komandasına dəvət alıb.


"Survivor" yarışmasındakı futbol matçlarında fəal çıxış edən Aycan proqramın rəhbəri Acun Ilıcalının rəğbətini qazanmışdı. Ilıcalı onu bu vaxta qədər futbolunu seyr etdiyi ən istedadlı qadın oyunçu adlandırmışdı./Publika.az

Xəbər lenti