Xəzər Xəbər

İçməli suyun verilişində məhdudiyyətlər olacaq - SƏBƏB

İqtisadiyyat | 13:21 • 28 İyul 2020
İçməli suyun verilişində məhdudiyyətlər olacaq -

Yağıntı və dağ çaylarında baş verən daşqınlar səbəbindən Kür çayında bulanıqlığın səviyyəsi artdığından Kür sutəmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırılıb.


"Azərsu" ASC-dən xezerxeber.az-a verilən məlumata görə, bununla əlaqədar gün ərzində Şirvan və Hacıqabul şəhərlərinə, Hacıqabul rayonunun Kür-Bakı magistral kəmərindən qidalanan kəndlərinə, həmçinin Bakının Qaradağ, Səbail və Binəqədi rayonunun bəzi ərazilərinə içməli suyun verilməsində müəyyən məhdudiyyətlər olacaq.



Xəbər lenti