Xəzər Xəbər

Davamlı inkişaf Azərbaycan üçün prioritetdir - VİDEO

Veb TV | 10:05 • 12 İyul 2020
Davamlı inkişaf Azərbaycan üçün prioritetdir -

''Ölkəmizdə həyata keçirilən iqtisadi proqramlar, davamlı inkişaf layihələrinin həyata keçirilməsi beynəlxalq təşkilatların da diqqətindən kənarda qalmır''.

Millət vəkili, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Kamran Bayramovun sözlərinə görə, Azərbaycanın BMT-nin "Davamlı inkişaf hesabatı - 2020" sənədində dünyanın 166 ölkəsi arasında "Davamlı inkişaf məqsədləri indeksi" üzrə 54-cü pillədə qərarlaşması ölkəmiz üçün təqdirəlayiq haldır.

Xezerxeber.az-ın məlumatına görə, millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət, eyni zamanda hərtərəfəli islahatlar öz məntiqi nəticəsini verir. Ölkəmizdən fərqli olaraq qonşu dövlətlərimiz hesabatda daha geridə qərarlaşıb. Rusiya 57-ci, Gürcüstan 58-ci, İran 59-cu, Qazaxıstan 65-ci, Ermənistan isə 75-ci pillədə yer alıb. Hesabata əsasən, Azərbaycanda gündəlik gəliri 3,2 dollardan az olan yoxsul qeydə alınmayıb.

Eyni zamanda, millət vəkili bildirib ki, Azərbaycanın BMT-nin davamlı inkişaf məqsədləri üzrə regional liderə çevrilməsi Prezident İlham Əliyevin BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə üst-üstə düşür.

BMT-nin hesabatına əsasən, Azərbaycan "Davamlı inkişaf məqsədləri indeksi"nin mümkün 100 balından 72,6 bal toplayıb. Şərqi Avropa və Mərkəzi Asiya regionunda "Davamlı inkişaf məqsədləri indeksi" üzrə orta göstərici 70,9-dur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti