Xəzər Xəbər

Tanınmış idmançı saxlanıldı - FOTO

İdman | 14:43 • 24 May 2020
Tanınmış idmançı saxlanıldı -

Gürcüstanın ən məşhur idmançılarından biri olan Nikoloz Basilaşvili saxlanılıb.


"Sportall.ge” xəbər verir ki, tanınmış tennisçi keçmiş həyat yoldaşına qarşı fizki güc tətbiq etməkdə ittiham olunur.


N.Basilaşvili mayın 22-də saxlanılıb.


Yayılan məlumatlara əsasən, N.Basilaşvili və atası mayın 21-də tennisçinin keçmiş həyat yoldaşına zor tətbiq ediblər. İdmançının azyaşlı uşağı hadisənin şahidi olub.


Müstəntiq onun həbs olunmasını tələb edib.


Hazırda Tbilisi Şəhər Məhkəməsində tennisçi ilə bağlı işə baxılır.

Xəbər lenti