Xəzər Xəbər

Bakı sakinləri fədakar həkimlərə belə təşəkkür etdilər - VİDEO

Veb TV | 19:02 • 25 Mart 2020
Bakı sakinləri fədakar həkimlərə belə təşəkkür etdilər -

Bakının Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən binaların sakinləri həkimlərə təşəkkür aksiyası keçiriblər.

Onlar "Həkimləri alqışlayaq" kampaniyası ilə ölkədə birliyə ən çox ehtiyac olduğu bu günlərdə əsl həmrəylik nümayiş etdiriblər. Sakinlər binalarının eyvanlarına çıxaraq dəqiqələrlə həkimləri alqışlayıblar.

Xezerxeber.az-ın məlumatına görə, sürəkli alqış sədalarına binanın həyətində atılan fişənglər də qarışıb.

Bina sakinləri öz həyatlarını riskə ataraq, gecə-gündüz xəstələrə xidmət göstərən tibb işçilərinə minnətdarlıqlarını bu şəkildə bildiriblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti