Xəzər Xəbər

Bu yeməkləri ikinci dəfə isidib yemək olmaz Qastroenteroloq AÇIQLADI

Cəmiyyət | 12:36 • 26 Fevral 2020
Bu yeməkləri ikinci dəfə isidib yemək olmaz

Yeməyin ikinci dəfə qızdırılması qidanın keyfiyyətini pisləşdirə və bakteriyaların artmasına səbəb ola bilər.

XəzərXəbər xəbər verir ki, bu barədə türkiyəli qastroenteroloq Merve İşeri Uzunoğlu məlumat verib. O, bildirib ki, bütün qidalar zəhərlənmə potensialına sahibdir, eyni zamanda toyuq, mal əti və yumurta zəhərlənməyə səbəb olan yüksək riskli qidalardır:

"Bakteriyaların yaşaması üçün nəmə ehtiyacı var və istifadə edilən qidaların hamısında lazım olduğu qədər nəm var. Bu da bakteriyaların çoxalması üçün münbit şərait yaradır. Soyuducuda saxlanılan yemək yeyildiyi qədər qızdırılmalıdır. Bişirildikdən sonra uzun müddət saxlanması lazım olan yeməklər dondurucuda saxlanıla bilər. Ancaq əridildikdən dərhal sonra qızdırılıb yeyilməlidir.

Bakteriyaların istehsalı yemək otaq temperaturunda saxlandığı hissədə başlayır, əriyənə qədər hava ilə təmasda olur. Bu səbəblə əriməsi üçün soyuducu istifadə edilməli və ya mikrodalğanın əritmə xüsusiyyətindən istifadə edilməlidir”.

Ekspert daha sonra qida zəhərlənməsinin ən geniş yayılmış səbəblərinə toxunub:

"Hazırlıq və ya bişirilmə prosesində başqa bir qaynaqdan gələn zərərli bakteriyalar yoluxa bilər. Bu bakteriyalar quruluşundan asılı olaraq bişiriləndə ölürlər. Yoluxmanın qarşısını almaq üçün bişmiş yeməkləri soyuducuda bağlı halda, xüsusilə qiymə, çiy ət və toyuq kimi məhsullardan ayrı saxlamaq lazımdır.

Elə yeməklər var ki, bişirilən kimi yeyilməlidir, saxlamaq olmaz. Çünki ikinci dəfə qızdırıldıqda zəhərlənmə ehtimalı çox yüksək olur. İkinci dəfə qızdırıldıqda və yedikdə zəhərlənmə ehtimalı olan qidalar: ispanaq, göbələk, yumurta, toyuq, kərəviz, çuğundur, kartof, düyüdür”.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti