Xəzər Xəbər

Sensasiya: Bu ölkədə soğanın qiyməti qızılın qiymətinə çatdı - VİDEO

Veb TV | 15:47 • 12 Dekabr 2019
Sensasiya:

Hindistanda kütləvi şəkildə soğan oğurluğu başlayıb.

Buna səbəb Hindistanda muson yağışları səbəbindən tarlalarda əkilən soğanların zay olmasıdır.

Ötən gün polis iki nəfəri həbs edib. Onlar 168 kiloqram soğan oğurlayan zaman saxlanılıblar. Oğurluq soğanın qiyməti 21000 rupi (510 manat) dəyərində olub.

Artıq bu ölkədə sosial şəbəkə istifadəçiləri "Soğan qızıl dəyərində”, "Mənim soğanlarım təhlükəsiz bir yerdədir” şəklində kampaniyaya başlayıblar./teleqraf


Xəbər lenti