Xəzər Xəbər

Hərbi hissəyə SİLAHLI HÜCUM: Müdafiə Nazirliyinin əməkdaşları öldü

Dünya | 09:29 • 5 Dekabr 2019
Hərbi hissəyə SİLAHLI HÜCUM:

ABŞ-ın Havay ştatındakı Perl-Harbor limanında silahlı hücum baş verib.

Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

Ölənlər Müdafiə Nazirliyinin əməkdaşları olub.

Təhlükəsizlik Qüvvələri dərhal hərəkətə keçib. Lakin cinayətkar özünü öldürüb.

Liman ABŞ Hərbi Hava Qüvvələri və donanma qoşunlarının ortaq istifadəsindədir.

Qeyd edək ki, Perl-Harbor 7 dekabr 1941-ci ildə Yaponiya tərəfindən hücuma məruz qalmış, ABŞ-ın II Dünya Müharibəsinə girməsinə səbəb olmuşdu.

Hadisənin tarixi hücumun ildönümünə yaxın zamanda baş verməsi diqqət çəkir./publika.az

Xəbər lenti