Xəzər Xəbər

Bakıda qısqanc ər 25 yaşlı həyat yoldaşını amansızlıqla öldürdü

Hadisə | 10:25 • 18 Noyabr 2019
Bakıda qısqanc ər

Bakıda qətl törədilib.

XəzərXəbər xəbər verir ki, noyabrın 15-də Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən həyət evində kirayə yaşayan 1991-ci il təvəllüdlü Cəmşidzadə Dönməz Qabil oğlu Oktyabr küçəsi 30 ünvanında həyat yoldaşı, 1994-cü il təvəllüdlü Mahmudova Afərim Vidadi qızını gecə saatlarında boğaraq öldürüb.

D.Cəmşidzadə hadisəni törədəndən sonra Gəncə şəhərinə gedib və atası onu Gəncə Şəhər Baş Polis İdarəsinə gətirərək istintaqa təhvil verib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, D. Cəmşidzadə saxlanılıb.

Xəbər lenti