Xəzər Xəbər

Aeroport yolunda dəhşətli qəza Ölənlər və yaralananlar var - FOTO/VİDEO

Veb TV | 14:58 • 17 Noyabr 2019
Aeroport yolunda dəhşətli qəza

Paytaxtın Xəzər rayonunda ağır yol qəzası qeydə alınıb.

XəzərXəbər Baku.ws-ə istinadən xəbər verir ki, aeroport yolunda bir neçə avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

Hadisə şahidlərinin sözləri görə, Bakı-Mərdəkan yolunda 44 BL 089 dövlət nömrə nişanlı "VAZ 2107"nin sürücüsü yüksək sürətlə hərəkət edib.

İdarəetməni itirən sürücü başqa bir avtomobilə çırpılıb. Qəza zamanı bir neçə maşın da əzilib.

Bakıda ölümlə və xəsarətlə nəticələnən yol qəzası olub.

Səhiyyə Nazirliyindən verilən məlumatda bildirilir ki, qəza zamanı 2 nəfər hadisə yerində dünyasını dəyişib. Hadisə nəticəsində xəsarət alan digər 2 nəfər - 45 yaşlı qadın və 6 yaşlı uşaq kritik vəziyyətdə 3 saylı Kliniki Şəhər Xəstəxanasına aparılıb.

Hadisə yerindən görüntüləri təqdim edirik:

Xəbər lenti