Xəzər Xəbər

Qərbi lərzəyə gətirən QIRICI: SSRİ-nin hələ də sirr olaraq qalan silahı

Dünya | 10:44 • 4 Noyabr 2019
Qərbi lərzəyə gətirən QIRICI:

ABŞ-ın "The National Interest” (NI) dərgisi Rusiyanın hazırda "Kinjal” hipersəs raket sistemlərini daşıyan dördüncü nəsil qırıcı təyyarəsi olan "MİQ-31” haqqında ilginc məqalə yayımlayıb.

Amerikalılar "MİQ-31”i SSRİ-nin son illərində Qərb ölkələri üçün tapmacaya çevrildiyini düşünür.

Yazıda təyyarənin tapmacaya çevrilməsinin səbəbi kimi Rusiyanın uzun sərhəd xətlərini qorumaq üçün istifadə edilən "MİQ-31”i sadəcə ölkənin ehtiyacları üçün istehsal etməsi və xaricə ixrac etməməsi göstərilib.

"MİQ-31”in "MİQ-25”in təkmilləşdirilmiş növü olduğuna diqqət çəkilən yazıda təyyarənin məxsus olduğu yeni xüsusiyyətlər də vurğulanıb. Bunlar alt yarımkürədə hədəflərin radar sistemi ilə təsbit edə bilmək, hipersəs sürətində aşağı mövqedə uça bilmək və daha təkmilləşmiş silah sistemləri ilə təchiz edilmiş olmasıdır.

Daha əvvəl "We Are The Mighty” portal "MİQ-25” (NATO kod adı Foxbat) müdafiə qırıcısının 50 il əvvəl istehsal olunmasına rəğmən, 2,8 və hətta bəzi vəziyyətlərdə 3,2 max-a çata bilən dünyanın sürətli və yüksək mövqedən uça bilən təyyarəsi olduğunu yazmışdı.

"MİQ-31”-in xüsusiyyətləri

-Yüksək mövqedən uçan təyyarə eyni zamanda son əlavələr sayında yer hədəflərinə qarşı da təsirlidir.

-Təyyarə dünyanın mexaniki olaraq ən yaxşı performansa sahib təyyarəsidir.

-Çox sürətli olmasına rəğmən, manevr qabiliyyəti var.

-NATO kod adı "Foxhound”dur.

- Uzunluğu 21,5 metrə yaxındır. Hündürlüyü 6,6 metrdir.

-Qanad açıqlığı 14 metrdir.

-Ağırlığı 41 tondur./publika.az

Xəbər lenti