Xəzər Xəbər

Tünzalə Ağayeva: "Xalq artisti" fəxri adı mənim üçün daha böyük məsuliyyətdir - VİDEO

Veb TV | 21:06 • 22 Oktyabr 2019
Tünzalə Ağayeva: "Xalq artisti" fəxri adı mənim üçün daha böyük məsuliyyətdir -

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Röya Ayxan, Mir Yusif və Tünzalə Ağayevaya "Xalq artisti" fəxri adı verilib.

Xalq artisti adına layiq görülən Tünzalə Ağayeva öz təəssuratını "Xəzər Xəbər"lə bölüşüb.

Xezerxeber.az-ın məlumatına görə, Tünzalə Ağayeva bu adın onun üçün gözlənilməz, həmçinin doğum gününə düşməsinin ona ən böyük hədiyyə olduğunu bildirib.

Xalq artisti bildirib ki, bu adın ona verilməsi üzərinə daha çox məsuliyyət qoyub. O, bundan sonra daha çox çalışacağını və daha böyük uğurlara imza atacağını qeyd edib.

Tünzalə Ağayeva bu ada layiq görüldüyünə görə ölkə başçıcısına minnətdarlığını bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti