Xəzər Xəbər

İlham Əliyev SƏRƏNCAM İMZALADI 7 milyon manat ayrıldı

Gündəm | 16:56 • 16 Oktyabr 2019
İlham Əliyev SƏRƏNCAM İMZALADI

Prezident İlham Əliyev Göyçay rayonu ərazisində Göyçay çayında selə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

XəzərXəbər xəbər verir ki, dövlət başçısının imzaladığı sərəncamla Göyçay rayonu ərazisində Göyçay çayında baş suqəbuledici qurğunun təmir-bərpası və selə qarşı mühafizə tədbirləri”nin başa çatdırılması üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 7.0 (yeddi) milyon manat ayrılıb.

Maliyyə Nazirliyə nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xəbər lenti