Xəzər Xəbər

Sabirabadda əkin sahələri susuz qalıb - VİDEO

Veb TV | 20:55 • 9 Oktyabr 2019
Sabirabadda əkin sahələri susuz qalıb -

Sabirabadda əkin sahələri susuz qalıb.

Xezerxeber.az-ın məlumatına görə, Sabirabad rayonunun Kür ətrafı kəndləri - Ulacalı, Həşimxanlı, eləcə də Bulduq kəndlərindən olan fermerlər payızlıq əkinlərini suvarmada çətinliklə üzləşiblər.

Fermerlər deyir ki, pambıq sahələri susuz qaldığından bitki inkişaf edə bilməyib və nəticədə məhsuldarlıq aşağı olub. Bundan əlavə, istər yonca sahələri, istərsə də bostan bitkilərinin suvarılmaması məhsuldarlığa ciddi təsir edib.

Hətta bəzi fermerlər taxıl sahələri biçildikdən sonra yerinə digər yem bitkiləri əksələr də, sahələr su ilə təmin olunmadığından gözlədikləri məhsuldarlığı əldə edə bilməyiblər.

Əkin sahələri Kür çayı sahilində yerləşsə də, onlar bir neçə aydır ki, bu çayın suyundan istifadə edə bilmirlər.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin Sabirabad Mexaniki Suvarma Sistemləri İdarəsindən isə bildirilib ki, hazırda əsasən payızlıq dənli bitkilərin suvarılması mövsümü olduğundan həmin sahələrdə suvarma işləri həyata keçrilir. Növbəlilik əsasında həmin sahələrə də su veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti