Xəzər Xəbər

Təpəbaşı abidəsi ərazisində beynəlxalq arxeoloji təqdiqatlara başlanılıb - VİDEO

Veb TV | 20:38 • 9 Oktyabr 2019
Təpəbaşı abidəsi ərazisində beynəlxalq arxeoloji təqdiqatlara başlanılıb -

Şəkinin Fazıl kəndindəki Təpəbaşı abidəsi ərazisində beynəlxalq arxeoloji təqdiqatlara başlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, burada eramızdan əvvəl 8-ci əsrə aid skif tayfalarına məxsus ox ucluqları, səma damğaları olan su qabları və bir sıra digər maraq doğuran tarixi əşyalar tapılıb ki, bu da beynəlxalq tədqiqatların aparılmasını zəruri edib. Hazırki qazıntılar zamanı isə qeyri- adi qəbirlər aşkar edilib.

Qafqaz Albaniyasının həm son tunc, həm də dəmir dövrünün maddi- mədəniyyəti, dəfn adətləri, eyni zamanda, bəzi etnoqrafik materiallar və dini inanclar beynəlxalq ekspedisiya tərəfindən birgə araşdırılacaq.

Beynəlxalq ekspedsiya ərazidə müxtəlif istiqamətdə iş aparır. Ekspedisiya zamanı abidələrin və aşkar edilən maddi-mədəniyyət numinələrinin dövrünü müəyyən etmək üçün ilk dəfə radiouqlerod analizlərdən istifadə olunacaq. Həmçinin xüsusi cihazla ərazilərdə araşdırmalar aparılacaq, foto planlar çəkiləcək. Bu tətbiq üsulları dünyanın ən son arxeoloji metodlarıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti