Xəzər Xəbər

Bağlanmış banklarda əmanətləri olanların nəzərinə - pullar qaytarılır - VİDEO

Veb TV | 19:43 • 8 Oktyabr 2019
Bağlanmış banklarda əmanətləri olanların nəzərinə -

Azərbaycanda bağlanan banklarda olan qorunmayan əmanətlərin geri qaytarılmasına başlanılacaq. Amma bütün qorunmayan əmanətlər qaytarılmayacaq.

Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.

Bildirilir ki, ləğvetmə prosesində olan "Atrabank" , "Royalbank" , "Kredobank" , "Zaminbank" , "Bank of Azerbaijan" , "Qafqaz İnkişaf Bankı" , "Bank Standard" , "Yunayted Kredit Bank" , "Texnikabank" , "Dəmirbank" və "Gəncəbank" da olan fiziki şəxslərin pulları qaytarılacaq.

Bu banklarda 17 min manata qədər qorunmayan əmanətlərin qaytarılmasına "Kapital Bank” ASC vasitəsilə oktyabrın 16-da başlanılacaq.

Kreditorların tələblərinin ödənilməsi ilə bağlı sözügedən bankın filial şəbəkəsi və lazımi sənədlər barədə əlavə məlumat veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti