Xəzər Xəbər

Naxçıvanda dəhşətli hadisə ÖLƏN VƏ YARALANANLAR VAR

Hadisə | 14:33 • 7 Oktyabr 2019
Naxçıvanda dəhşətli hadisə

Naxçıvan Muxtar Respublikasında ağır yol qəzası baş verib.

XəzərXəbər Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 5-də saat 8 radələrində Şərur rayonunun Zeyvə kəndi ərazisində kənd sakini Q.İmanovun idarə etdiyi "Mercedes” və Türkiyə vətəndaşı Q.Hüseynin idarə etdiyi "Reno” markalı mikroavtobuslar toqquşub. Nəticədə Q.İmanovun sərnişini Vilayət Əsədov, habelə Q.Hüseynin 2 sərnişini xəstəxanaya yerləşdirilib. V.Əsədov orada ölüb, digərlərinin vəziyyətləri orta-ağırdır.

Naxçıvan MR DİN tərəfindən araşdırma aparılır.

Xəbər lenti