Xəzər Xəbər

Təhlükəli görüntülər - Küləkli havada hündürmərtəbəli binada dam örtüyü vururlar - VİDEO

Veb TV | 20:33 • 22 Sentyabr 2019
Təhlükəli görüntülər -

Dünən güclü küləkli havada paytaxtın Hövsan qəsəbəsində heç bir təhlükəsizlik tədbiri görməyən iki şəxs hündürmərtəbəli binada örtük vurmaqla məşğul olublar. Hər saniyə ölümlə üz-üzə qalan həmin şəxslərin görüntüsünü vətəndaşlardan biri çəkərək Xəzər Xəbərin votsap nömrəsinə göndərib. Ekspertlər isə bu cür havada işçiləri belə bir əməyə məcbur etməyin ciddi hüquqi məsuliyyət yaratdığını bildirirlər.

Küləyin az qala maşını aşıra biləcəyi havada hündürmərtəbəli binada dam örtüyü vururlar. Özü də bunu heç bir təhlükəsizlik avadanlıqlarından istifadə etmədən həyata keçirirlər.

Təhlükəli görüntülər Suraxanı rayonunun Hövsan qəsəbəsində lentə alınıb.

Binanın üzərində təhlükəli iş görən şəxslərin anidən yerə düşərək ölməsi bir an məsələsidir.

Görüntü ərazidə yaşayan vətəndaşlardan biri tərəfindən telefonla çəkilərək Xəzər Xəbərin vatsap nömrəsinə göndərilib. Həmin şəxsin verdiyi məlumata görə dam örtüyü dəyişdirilən bina h Bazarın yaxınlığında yerləşir.

Məsələ ilə bağlı danışan vəkil Xəyal Bəşirov bildirir ki, təhlükəli hava şəraitində işçilərin hansı halda əməyə cəlb olunması ilə bağlı konkret qaydalar mövcuddur.

Xəyal Bəşirovun sözlərinə görə kimlərinsə təhlükəli havada əməyə cəlb olunmasına görə həmin işə məsul olan şəxsləri Azərbaycan qanunvericiliyinə görə ciddi cəzalar gözləyir.

Mütəxəssis bildirir ki, belə halda bnəyinki kimi sə işləməyə vadar etmək olmaz əksinə hava şəraitini nəzərə alanrəhbər şəxs işçilərin təhlükəsizliyi naminə ümumiyyətlə inşaat işlərini dayandırmalıdır.

Xəbər lenti