Xəzər Xəbər

Dünyanı HEYRƏTƏ SALAN "körpə qarı"nın qazandığı pullar BAŞ GİCƏLLƏNDİRİR

Maraqlı | 14:02 • 20 Avqust 2019
Dünyanı HEYRƏTƏ SALAN "körpə qarı"nın qazandığı pullar

Son illər dəb dünyasında müxtəlif trendlər yaranır. Bu maraqlı yeniliklərdən biri də yaşlı modellərdir. Mövzumuza misal olaraq İlon Maskın ən az özü qədər məşhur anası Mey Maskın adını çəkə bilərik.

Hazırda ən az Mask qədər məşhur olan yaşlı modellərdən biri də Valentina Yasendir.

63 yaşlı model adədən özünü "körpə qarı” adlandırır. Hələ bir neçə il öncə Valentina aptekdə satıcı işləyirdi. Günlərin bir günü oğlu anasının şəkilini çəkib sosial hesabında paylaşır. Valentinanın 3-cü baharı da bundan sonra başlayır. Model agentlikəri onu əməkdaşlığa çağırır, ən bahalı geyim brendləri simalarına çevrilməyi təklif edirdilər.

Картинки по запросу valentina yasen

Valentina Yasen "Oldushka” agentliyinin ən parlaq ulduzlarındandır. Vaxtilə Sankt-Peterburq teatrlarının birində aktrisa kimi fəaliyyət göstərsə də, 1990-cı ildən sonra işdən çıxır. Hətta küçələrdə siqaret satmağa başlayır.

Sosial şəbəkədə paylaşılan cəmi bir şəkil Valentinanı dünyaya tanıdır. Ötən il isə "Glamour” jurnalı onu "İilin modeli" seçir.

Nənə adlandırmağa dilimiz dönməyən xanım Yasen deyir ki, təbiətdə var olan heç bir canlı digərinin yaşamaq şansını əlindən almamalıdır. Axı, həyat əbədi deyil.

"Təqaüdə çıxandan sonra işlərimi çatdırmırdım. Zaman mənə bəs etmirdi. İndi öz işimlə məşğul olandan sonra görürəm ki, uşaqlarım da, nəvələrim də mənim fədakarlığım olmadan keçinə bilirlər. Əvəzində isə ömrümün ən dəyərli günlərini zövq alaraq, sevimli işimlə məşğul olaraq keçirirəm.

Zaman keçdikcə, insan yaşa dolduqca hətta hava zövqü də dəyişir. Mənim gec başlayan karyeram sübut etdi ki, qadın qocaldıqca da eleqant, cazibədar görünə bilər. Fotolarıma baxdıqca üzümdəki qırışlara çökmüş gözlərimə bir daha aşiq oluram. Elə bilməyin ki, bədənimi sevmirəm. Görün, o, mənə nə qədər xidmət edib. Daxilən gənc qalmağın əsas sirri də budur. Bədənimizin hər parçasını sevməliyik.

Atam müharibədə əllərini, gözlərini itirmişdi. Gözünə protez taxırdı. Doğma atam deyildi, amma düşünürəm ki, həyatda ən böyük dərsi ondan almışam. Ümumiyyətlə, müharibədən sonra görmə qabiliyyətini itirmiş əsgərlərlə bir evdə yaşayırdıq. Onların bizdən heç bir fərqləri yoxdur. İnsan gözü ilə deyil, ürəyi, əlləri ilə hiss edir. Duyub sevmək üçün görməyə gərək yoxdur. Uşaqlığım belə insanlarla birgə keçib. Odur ki, daha mərhəmətli və sevgi dolu böyümüşəm.

Moda nümayişlərində gənc qızlar və oğlanlarla bir səhnəni bölüşürəm. Bəlkə də onların nənələri məndən gəncdir. Amma mən karyeramın çiçəklənən dövrünü yaşayıram. Yaşınız sizi ruhdan salmasın. Sevdiyiniz işin ardınca qaçın".

Bu gün Valentina Yasen nəinki Ruiyanın ümumilikdə, dünyanın ən çox qonorar alan modelləri sırasındadır. Ümid edirik ki, onun həyat hekayəsi çoxları üçün ilham qaynağı olacaq.

Publika.az

Xəbər lenti