Xəzər Xəbər

Qəzaya uğramış "MiQ-29"un yeni tapılmış hissələrinin görüntüləri yayılıb - FOTO

Gündəm | 11:03 • 16 Avqust 2019
Qəzaya uğramış "MiQ-29"un yeni tapılmış hissələrinin görüntüləri yayılıb -

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış "MiQ - 29" təyyarəsinin yeni tapılmış fraqmentlərinin görüntülərini yayıb.


Xezerxeber.az-ın xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Facebook” səhifəsində məlumat verilib.


Bildirilib ki, Türkiyə Hərbi Dəniz Qüvvələrinin mütəxəssisləri tərəfindən Xəzər dənizinə düşən Azərbaycan Hərbi Hava qüvvələrinə məxsus "MiQ-29" təyyarəsinə aid yeni hissələr tapılıb və hava şərtlərinə uyğun olaraq pilotun nəşinin və təyyarənin "qara qutu"sunun axtarışları davam etdirlir.


Xatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın "MiQ-29" təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. Təyyarənin pilotu Rəşad Atakişiyev itkin düşüb.

Xəbər lenti