Xəzər Xəbər

Məsciddə dini kəbinə görə vətəndaşdan 20 manat tələb edilib? - İDDİA VƏ CAVAB - VİDEO

Veb TV | 21:00 • 12 Avqust 2019
Məsciddə dini kəbinə görə vətəndaşdan 20 manat tələb edilib? -

Paytaxt Bakıdakı məscidlərinin birində dini kəbinə görə vətəndaşla imam arasında anlaşılmazlıq yaşanıb.

Xezerxeber.az-ın məlumatına görə, Kirman Abdinov adlı şəxs övladına dini kəbin kəsdirmək üçün paytaxtda yerləşən məscidlərdən birinə müraciət edib.

Kəbin kəsildikdən sonra isə məscidin imamı ilə aralarında anlaşılmazlıq yaranıb. Kirman Abdinovun iddiasına görə, məscidin imamı ondan buna görə 20 manat tələb edib.

Sözügedən məscidin nümayəndəsi İlham Səlimovun sölərinə görə, dini kəbinin kəsilməsi üçün hansısa ödənişin və ya hədiyyənin tələb edilməsi şərti yoxdur, belə halın baş verməsi mümkünsüzdür. İmamın sözlərinə görə, bu məsələ kəbin kəsənlə kəsdirən arasında olan bir məsələdir. Sadəcə adət-ənənəyə görə kəbin kəsdirənlər halallıq olsun deyə hədiyyə verirlər.

İlahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi hacı Surxay Məmmədli də bu məsələyə münasibət bildirib. Onun sözlərinə görə, İdarənin tabeliyində olan ibadət evlərində belə halların baş verməsi mümkünsüzdür. Surxay Məmmədli həmçinin qeyd edib ki, dini kəbinin kəsilməsinə görə din xadiminə hansısa hədiyyənin verilməsi və qəbul edilməsində məhdudiyyət yoxdur.

Onun sözlərinə görə, hər bir din xadimi, imam vətəndaşlara vicdanla, İslam etikasına uyğun xidmət etməlidirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti