Xəzər Xəbər

Qurbanlıq qoyunların bəzədilməsi məqbul hesab edilmir - VİDEO

Veb TV | 20:39 • 12 Avqust 2019
Qurbanlıq qoyunların bəzədilməsi məqbul hesab edilmir -

Başında gəlinlik fatası, ayağında tüldən ayaqqabı, buynuzundan isə al qırmızı lent sallanır...

Xezerxeber.az-ın məlumatına görə, Qurban bayramı ərəfəsində bu tip görüntülər az qala ənənə halını alıb. Bayram ərəfəsində qurbanlıq qoçları gəlin kimi bəzəyənlərin sayı çoxalır.

Xüsusi ilə qurbanlıq heyvanın bu cür bəzədilməsini nişanlı oğlan tərəfi edir. Qız qapısına qurbanlıq heyvan apararkən onu bu şəkildə bəzəyirlər. Kimisi isə heyvanı alan kimi başına xına qoyıb, qırmızı paltara bürüyür.

Dizaynerlərin sözlərinə görə, artıq bir necə gündür ki, quzu bəzədilməsi ilə bağlı sifarişləri çoxalıb.

Din xadimlərinin isə bu məsələyə münasibəti birmənalıdır. Qurbanlıq qoyunların bəzədilməsini məqbul hesab edilmir.

Qeyd edək ki, Qurban bayramında heyvanlar Allah yolunda kəsilir. Bu, dini mahiyyət kəsb edir və bir ibadətdir. Qurbanlıq heyvanın nişanlı cütlüklər arasında qız evinə aparılması onu həqiqi mahiyyətindən uzaqlaşdırır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti