Xəzər Xəbər

Havanın hərarəti yüksələcək - Sabahın hava proqnozu açıqlandı

Gündəm | 13:28 • 16 İyul 2019
Havanın hərarəti yüksələcək -

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən xezerxeber.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.


Mülayim şimal-qərb küləyi arabir güclənəcək.


Havanın temperaturu Abşeron yarımadasında gecə 21-25, gündüz 30-35, Bakıda gecə 21-25, gündüz 32-34 dərəcə isti təşkil edəcək.


Atmosfer təzyiqi normadan aşağı 751 mm civə sütunundan 754 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq.


Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək.


Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti təşkil edəcək.


Azərbaycanın rayonlarında iyulun 17-də hava əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.


Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

Xəbər lenti