Xəzər Xəbər

Bakıda naməlum avtomobillə vurulan qadın ölüb

Hadisə | 15:36 • 11 İyul 2019
Bakıda naməlum avtomobillə vurulan qadın ölüb

Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Dünən axşam saatlarında, Əmircan qəsəbənin bazar adlanan ərazisində təxminən 60 yaşında olan qadın naməlum avtomobillə vurulub. Sürücü hadisə yerindən qaçıb, vurulan qadın isə aldığı xəsarətlər nəticəsində ölüb.


Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır. (APA)

Rubrikanın digər xəbərləri

Xəbər lenti