"Azərbaycanda həkimlərin əməkhaqqı gələn ildən artırılacaq”.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.
O bildirib ki, həkimlərin əməkhaqları iki hissədən ibarət olacaq: "Biz bunu pilot layihə zamanı da tətbiq etmişdik. İki hissə ondan ibarətdir ki, həkimin aldığı əməkhaqqı sabit olacaq və onun göstərdiyi fəaliyyətə görə əməkhaqqına əlavələr olacaq”. (APA)