Xəzər Xəbər

Linzaları çıxarmağı unutdu, 1 gözü kor oldu - FOTO

Dünya | 09:57 • 10 İyul 2019
Linzaları çıxarmağı unutdu, 1 gözü kor oldu -

Duş qəbul etməzdən əvvəl gözlərindəki linzaları çıxarmağı unudan İngiltərənin Şrusberi şəhərində yaşayan 29 yaşlı Nik Hamfrisin bir gözü kor olub. Bu barədə "Daily Mail” nəşri yazıb.

Hadisə 2018-ci ilin əvvəlində baş verib. Bir müddət sonra gözündə cızıq görən kişi həkimə müraciət edib. Tibb işçiləri onun sağ gözündə, linzanın su ilə təması nəticəsində yaranan, "Acanthamoeba” amöbu aşkar edib.

Nik bakteriyaları məhv etmək üçün bir neçə ay göz damcılarından istifadə etsə də, nəticə heç də ürəkaçan olmayıb. Onun sağ gözündəki görmə tamamilə yox olub. Hazırda gənc infeksiyanın məhv etdiyi öz buynuz qişasının transplantasiyasını gözləyir.

Hamfrisin sözlərinə görə, o, ağlına belə gətirməzdi ki, linzaların su ilə təması belə mənfi fəsad törədə bilər. İngiltərəli bir neçə xeyriyyə fondları ilə əməkdaşlıq edir və ümid edir ki, tezliklə normal həyata qayıdacaq. ("Qafqazinfo”)






Xəbər lenti