Xəzər Xəbər

4 qat dünya çempionu dənizdə batan adamı xilas etdi

Dünya | 09:54 • 10 İyul 2019
4 qat dünya çempionu dənizdə batan adamı xilas etdi

Sardiniyada istirahətdə olan 37 yaşlı ispaniyalı üzgüçü Filippo Manyini orada əsl qəhrəmanlıq nümayiş etdirib. "Qafqazinfo” "BBC”yə istinadən xəbər verir ki, o, dənizdə batmaq təhlükəsi ilə üzləşən 45 yaşlı kişinin həyatını xilas edib.

"O, çox qorxmuşdu və duzlu su udmuşdu. Mən ona yetişəndə, o danışa bilmirdi. Onu sudan çıxarmaq çətin idi. Ona görə də mən onun başını hava ilə doldurulmuş balışa qoydum. Mən sadəcə etməli olduğum şeyi etdim”, - Manyini deyib.

Məlumat üçün bildirək ki, Manyini 4 qat dünya, 17 qat Avropa çempionu və 2014-cü ildə keçirilən Olimpiya Oyunlarının bürünc medalçısıdır.


Xəbər lenti