Xəzər Xəbər

Bakıda 6 min manata velosiped satılır - VİDEO

Veb TV | 19:27 • 7 İyul 2019
Bakıda 6 min manata velosiped satılır -

Bakının bəzi mağazalarında yüksək qiymətə velosipedlər satılır.

Xezerxeber.az-ın məlumatına görə, mağazalarda 6 min manatdan da baha velosipedlər təklif edilir.

Çəkiliş apardığımız mağazada satılan velosipedlərdən birinin qiyməti 6 min manatdan yuxarıdır. Bildirilir ki, bu elektro velosipeddir. Bununla saatda 25 km sürətə qədər hərəkət etmək mümkündür.

Digər bir velosipedin qiyməti isə 5334 manatdır. Bu velosiped əsasən yarışda istifadə edilməsi üçün nəzərdə tutulub. Satıcılar deyirlər ki, qiymətləri yüksək olan velosipedlərin bir sıra üstünlükləri var. Onlar velosiped alarkən diqqətli olmağı da tövsiyə edirlər. Əks halda yanlış seçim sizi əlavə maddi ziyana sala bilər. Həmçinin satıcılar bildirir ki, Avropa istehsalı olan velosipedlər daha keyfiyyətli hesab edilir.

Qeyd edək ki, velosipedlər ölkəmizə əsasən Polşa, Almaniya, Amerika, İtaliya və Çindən gətirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti