Xəzər Xəbər

Ermənilər bu dəfə milli pendirimizə sahib çıxdılar VİDEO

Veb TV | 19:55 • 23 İyun 2019
Ermənilər bu dəfə milli pendirimizə sahib çıxdılar

Ermənilər bu dəfə milli pendirimizə sahib çıxdılar.

Milli yeməklərimizə, musiqi və və mədəniyyətimizə sahib çıxmağa çalışan ermənilər bu dəfə də dünyaca məşhur Çeçil pendirini özününkülləşdiriblər. Onlar Gümrü şəhərində pendirin adını daşıyan "Çeçil" restoranı açıblar.

Bakı Dövlət Universitetinin Erməni Araşdırmaları Mərkəzinin böyük elmi işçisi İsmayıl Tanrıverdinin sözlərinə görə, dünyada sadəcə iki ölkədə Azərbaycan və Türkiyədə hazırlanan bu pendiri hazırlamağı ancaq Anadolunun Qars və Ərzurumluları, bir də Qafqazın Ağbaba-Amasiyalıları bacarır.

Hazırda əsasən Daşkəsən və Gədəbəydə hazırlanan çeçil pendiri paytaxt bazarlarında da satılır.

Çeçildə insan orqanizmi üçün zərərli olan xolestirin və ifrat karbohidratlar yoxdu. Buna görə də, yeyildikdə orqanizmidə ağırlıq yaratmır, mədə-bağırsaq sisteminə qətiyyən mənfi təsir etmir.

Xəbər lenti