Xəzər Xəbər

Rusiya qaranlığa qərq olacaq, ordusu iflic ediləcək ABŞ-ın QORXUNC PLANININ DETALLARI

Dünya | 10:34 • 16 İyun 2019
Rusiya qaranlığa qərq olacaq, ordusu iflic ediləcək

Amerika xüsusi xidmət orqanları Rusiyanın energetika sistemlərinə zərərverici proqram təminatını tətbiq etmək cəhdlərini gücləndirib.

Bu haqda Amerika hökumətindəki mənbələrə istinadən "The New York Times” qəzeti bildirib.

Nəşrin məlumatına görə, ABŞ 2012-ci ildən Rusiyanın elektrik enerjisi şəbəkələrinin kontrol sistemlərinin işini sadəcə müşahidə edirdi. İndi isə Vaşinqtonda başqa strategiyanı seçiblər.

"Son bir il ərzində bu hərəkətlər daha çox təcavüzkar xarakter alıb. Biz daha əvvəllər düşünə bilmədikləri miqyaslarda işləyirik”, - qəzet xüsusi xidmət orqanlarının yüksəkvəzifəli nümayəndələrindən birinin sözünü sitat gətirib.

Nəşr bildirir ki, beləliklə, ABŞ-da Rusiyaya xəbərdarlıq etməyi hesablayırlar. Bundan başqa, zərərverici proqram Vaşinqton və Moskva arasında ciddi münaqişənin başlanması halında istənilən vaxt kiberhücumu təşkil etməyə imkan verəcək.

Rusiya sistemlərinə zərərverici proqramın tətbiqi Rusiyanın dayandırılmasının mexanizmi kimi baxılır.

Nəşr yazır ki, ABŞ-ın Rusiyanın energetika sisteminə müdaxilə etməyi bacarıb-bacarmadığı hələ məlum deyil. Məqalənin müəllifi sonda "Rusiyanı qaranlığa qərq etmək və ya onun Silahlı Qüvvələrini iflic etmək mümkündürmü” sualını qoyub./publika.az

Xəbər lenti