Xəzər Xəbər

Bakıda DƏHŞƏT- Güllələnmiş halda polis şöbəsinə getdi - TƏFƏRRÜAT

Hadisə | 16:14 • 3 İyun 2019
Bakıda DƏHŞƏT-

2 gün əvvəl Suraxanı rayonunda qadının əri tərəfindən güllələnərək öldürülməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

XəzərXəbər xəbər verir ki, Hövsan qəsəbəsi, İlqar Əhliman küçəsi, 10 ünvanında binanın arxasında Təranə Novruzova adlı qadının əri əvvəllər məhkumluq həyatı yaşamış Laçından olan məcburi köçkün 1958-ci il təvəllüdlü Novruzov Zahid Balabəy oğlu tərəfindən ailə münaqişəsi zəminində öldürüldüyü məlum olub.

Belə ki, evdə tək olan qadınla kişi mübahisə ediblər. Bu zaman Zahid Novruzov silahını götürərək arvadını öldürəcəyini deyib. Qadın qaçsa da, 61 yaşlı kişi onu haqlayaraq 2 dəfə atəş açıb və qadını öldürüb. O, daha sonra özünü güllələmək istəyib, lakin silah onun əlindən sürüşüb və nəticədə o, boğaz nahiyəsindən yaralanıb.

Z.Novruzov hadisədən sonra qan içində polis şöbəsinə gedərək təslim olub. Güllə yaraları almış kişini görən polislər onu xəstəxanaya çatdırıblar. Evə gələn əməliyyat qrupu isə qadının güllələnərək öldürüldüyünü müəyyənləşdirib.

Artıq Z.Novruzovun həyatı üçün təhlükə qalmadığı, onun müalicədən sonra istintaqa cəlb ediləcəyi bildirilir.

Faktla əlaqədar Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbər lenti