Xəzər Xəbər

BAKIDA MÜƏMMALI CİNAYƏT Evində yatan kişinin başını kim kəsib? - TƏFƏRRÜAT

Hadisə | 13:59 • 24 May 2019
BAKIDA MÜƏMMALI CİNAYƏT

Mayın 23-dən 24-nə keçən gecə Bakının Binəqədi rayonunda müəmmalı qətl hadisəsi törədilib. Yuxuda olan kişinin boğazını kəsiblər.

Cinayət qurbanı Müşfiq qəsəbə sakini, 59 yaşlı Xələfov Şamil Şəristan oğludur. Məlumata görə, kişiyə yeddi bıçaq zərbəsi endirilib. Xəsarətlərin çoxu deşici bıçaq xəsarətləri olub.

Maraqlıdır ki, cinayət törədildiyi vaxt, təxminən gecə saat 02:00 radələrində Xələfovlar ailəsinin bütün üzvləri evdə olub. Hətta böyük oğlu onunla bir otaqda yatıb. Ancaq illkin dindirilməsi zamanı gənc bərk yatdığını və atasının kim tərəfindən və necə qətlə yetirdiyini görmədiyini bildirib.

O, atasının xırıltı səslərinə oynadığını söyləyib, lakin həmin vaxt otaqda artıq heç kim olmayıb.

Hüquq-mühafizə orqanları əsas versiyalardan biri kimi qətlin tamah məqsədilə törədildiyini ehtimal edir. Ancaq Xələfovların evindən hər hansı qiymətli əşyanın yoxa çımasına dair məlumat yoxdur.

İkinci versiya qətldə ailə üzvlərinin əlinin olmasıdır. Hazırda əsas şübhəlilər məhz onunla bir evdə yaşayan ailə üzvləridir. Fakt üzrə qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb, istintaq aparırılır.(Oxu.az)

*****

Bakıda qətl hadisəsi törədlib.

Hadisə Qaradağ rayonunda qeydə alınıb.

Belə ki, rayonun Müşfiq qəsəbəsində 1960-cı il təvəllüdlü Xələfov Şamil Səristan oğlu öz evində naməlum şəxslər tərəfindən çoxsaylı bıçaq xəsarətləri alıb.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov bildirib ki, Ş.Xələfov boyun damarlarının kəsilməsi nəticəsində dünyasını dəyişib.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Lakin onun öldüyü məlum olub.

Hadisə barədə Qaradağ rayon Polis İdarəsi və Qaradağ rayon Prokurorluğu məlumatlandırılıb.(Report)

Xəbər lenti

Çox oxunanlar