Xəzər Xəbər

Putinin təyyarəsini 6 qırıcı dövrəyə aldı VİDEO

Veb TV | 10:24 • 15 May 2019
Putinin təyyarəsini 6 qırıcı dövrəyə aldı

Rusiya Prezidenti Vladimir Putinin olduğu təyyarənin 6 Su-57 qırıcısı tərəfindən müşayiət edilməsi görüntüləri yayılıb.

"Zvezda” telekanalı xəbər verir ki, prezident təyyarəsindən qeydə alınan görüntülərdə Axtubinskə eniş zamanı beşinci nəsil qırıcıların müşayiət etməsi aydın görünür.

Sözügedən şəhərdə Putin Müdafiə Nazirliyinin yay-təlim mərkəzini ziyarət edib.

Ardınca "Kinjal” hipersəs raketli MiQ-31K təyyarəsi, yeni pilotsuz aparatlar, həmçinin S-350 zenit-raket və radiolokasiya kompleksləri, eləcə də "Pantsir” zenit-atış kompleksi dövlət başçısına nümayiş olunub

axar.az

Xəbər lenti