Xəzər Xəbər

"Xorvatiyanın Azərbaycanı udması heç nəyi dəyişmir" - Qaret Beyl

İdman | 12:30 • 24 Mart 2019
"Xorvatiyanın Azərbaycanı udması heç nəyi dəyişmir" -

"Seçmə mərhələni lider kimi başa vurmaq istəyirik. Bizə problem yaradacaq səbəb görmürəm”.


Qol.az xəbər verir ki, bu sözləri Uels millisinin futbolçusu Qaret Beyl deyib.


AÇ-2020-nin seçmə mərhələsində millimizin də yer aldığı E qrupundakı mübarizələrini dəyərləndirən "Real”ın hücumçusu ölkəsinin mətbuatına açıqlamasında iddialı danışıb:


"Adətən bizi uğursuz adlandırırlar. Amma bukmekerlər heç də həmişə düzgün olmur. Hədəfimiz seçmə mərhələni qrup lideri kimi başa vurmaqdır. Bəli, Slovakiya və Xorvatiya artıq ilk qələbələrini qazanıblar. Amma bu, heç nəyi dəyişmir. Asan qrupda deyilik, böyük turnirlərə çıxmaq çətindir. Lakin biz buna hazırıq”.


Qeyd edək ki, Uels bu gün seçmə mərhələdə ilk oyununa çıxacaq. Rayan Giqqzin komandası evdə Slovakiya ilə qarşılaşacaq.

Xəbər lenti