Xəzər Xəbər

Gürcüstandan maşın alarkən diqqətli olun - İşbazların yeni "oyunu" üzə çıxıb - VİDEO

Veb TV | 19:35 • 16 Mart 2019
Gürcüstandan maşın alarkən diqqətli olun -

Hazırda ölkəmizə Gürcüstandan çoxlu sayda avtomobil gətirilsə də, bu maşınların əksər hissəsi normalara cavab vermir. Çünki avtomobil dəllalları original detalları yeni, amma keyfiyyətsiz detallarla dəyişdirir və yaxud ümumiyyətlə funksiyaları ləğv edilir. Ona görə də sürücülər belə avtomobil alarkən diqqətli olmalıdır.

Xezerxeber.az-ın məlumatına görə, işbazlar daha çox qazanc əldə etmək üçün avtomobillərin orginal detallarını yeni, amma saxta ehtiyyat hissələri ilə əvəz edirlər. Belə hallar əsasən Gürcüstandan alınan avtomobillərdə müşahidə edilir.

Avtomobil ustası Sahil Ağabəylinin sözlərinə görə, Gürcüstandan alınan avtomobillərin əksər hissəsində 1-2 ay sürdükdən sonra problemlər müşahidə edilir.

Sahil Ağabəyli bildirir ki, ən çox dəyişilən detallardan biri avtomobilin katalizatorudur bu hissə baha olduğundan onu adətən müvəqqəti effektli olan qab setkası ilə dəyişirlər. Amma dəyişilən detallar bununla yekunlaşdmır.

Bir çox halda isə müştəriyə suya düşmüş və ağır qəzada iştirak edən avtomobillər təqdim edilir. Bu zaman avtomobilin interyeri yaxşı işləndiyindən bu kimi dəyişiklikləri yerində müəyyən etmək çox çətindir. Yaxşı olar ki, sürücü bütün funksiyaların işlək olduğunu yoxlasın və yoxlanış zamanı mütəxəssislərə müraciət etsin.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar