Xəzər Xəbər

Bütün proqnozları çin çıxan alimdən ŞOK XƏBƏRDARLIQ: 3 gün ərzində güclü ZƏLZƏLƏ OLACAQ

Dünya | 17:07 • 14 Mart 2019
Bütün proqnozları çin çıxan alimdən ŞOK XƏBƏRDARLIQ:

Zəlzələ ilə bağlı verdiyi proqnozlarla bütün dünyada diqqəti üzərinə çəkən hollandiyalı mütəxəssis Frenk Huqerbits daha bir ehtimalı ilə gündəm olub.

2019-cu ildə verdiyi bütün proqnozları doğru çıxan mütəxəssis Türkiyədə yaxın tarixdə dəhşətli yeraltı təkanların olacağını açıqlayıb.

O bildirib ki, dağıdıcı seysmik təkanlar 6-7 bal gücündə olacaq. Huqerbitsin internet saytında paylaşdığı video və bilgilərə görə, zəlzələ 13-17 mart tarixləri arasında yaşanacaq. Mütəxəssis qeyd edir ki, bu tarixlər arasında planetlərin sıralanması dəyişəcək və bunun nəticəsində Yerin qabığında seysmik fəallıq artacaq. Belə ki, 14 martda Merkuri, Günəş və Neptun, 15 martda isə Günəş, Merkuri və Yer kürəsi eyni mövqedə sıralanacaq.

Zəlzələ proqnozçusu yeraltı təkanların mərkəzi haqqında da bəzi təxminlər verib. O bildirib ki, Rusiyanın Kamçatka adası və Yaponiya sahilləri, həmçinin, Türkiyənin Qara dəniz və Egey dənizi sahillərinin yerləşdiyi Avrasiya zəlzələ xətti seysmik baxımdan fəallaşacaq. Avropada Portuqaliyanın sahillərinə də diqqət çəkən Huqerbits bu bölgədə də böyük bir zəlzələnin meydana gələcəyinin qaçılmaz olduğunu vurğulayıb.

Qeyd edək ki, Frenk Huqerbits ilk olaraq 21-22 fevral tarixlərində dünyada 7 və 8 bal gücündə zəlzələnin olacağını demiş, bundan sonra Ekvadorda 7,5 gücündə seysmik təkanlar qeydə alınmışdı. Mütəxəssisin ikinci proqnozu da düz çıxmış və Peruda 7,1 bal gücündə zəlzələ qeydə alınmışdı. Daha sonra 7 və 9 mart arasında yenidən Yerin silkələcəyini açıqlamış və bu dəfə 10 martda Fiji adalarında 6,2 bal gücündə təkanlar baş vermişdi.

Xatırladaq ki, zəlzələ mütəxəssisi bu proqnozları Günəş sisteminə daxil olan planetlərin hərəkəti, geometrik indeksi və mövqeyinə əsasən verir./publika.az

Xəbər lenti

Çox oxunanlar