Xəzər Xəbər

Həbib Konoru məğlub etdi - Kütləvi dava düşdü, çempion kəməri verilmədi - VİDEO

Veb TV | 10:14 • 7 Oktyabr 2018
Həbib Konoru məğlub etdi -

Oktyabrın 7-da qarışıq döyüş növlərinin (MMA) UFC229 kateqoriyası üzrə ən güclü idmançılar hesab edilən rusiyalı Həbib Nurməhəmmədov və irlandiyalı Konor Makqreqor arasında döyüş keçirilib.

Xezerxeber.az-ın məlumatına görə, döyüş ümumilikdə Rusiyanı təmsil edən idmançı Həbib Nurməhəmmədovun üstünlüyü şəraitində keçib.

O, dördüncü raundda irlandiyalı rəqibi Konor Makreqoru boğucu fəndə salaraq məğlub edib.

Beləliklə, Nurməhəmmədov yüngül çəkidə öz UFC çempionu titulunu qoruyub.

Döyüşdən sonra Həbib Nurməhəmmədovla Makreqorun komandası arasında dava düşüb. Mühafizəçilərin müdaxiləsindən sonra onları bir-birindən aralamaq mümkün olub.

Eyni zamanda rinqdə də Nurməhəmmədovun mühafizəçilərindən biri ilə Makqreqor arasında əlbəyaxa dava baş verib.

Bütün bunlardan sonra irlandiyalı döyüşçü soyunub-geyinmə otağına aparılıb. Sonda qalib Həbib Nurməhəmmədov elan olunsa da, ona çempion kəməri təqdim edilməyib.

Xəbər lenti