Xəzər Xəbər

Adnan Oktarla bağlı ŞOK FAKTLAR ÜZƏ ÇIXDI: gizli sənədlər, MOSSAD və... - VİDEO

Veb TV | 12:01 • 11 İyul 2018
Adnan Oktarla bağlı ŞOK FAKTLAR ÜZƏ ÇIXDI:

İctimaiyyətdə "Adnan hoca” kimi tanınan din xadimi Adnan Oktarın həbs edilməsi ilə bağlı maraqlı təfərrüatlar meydana çıxıb.

A.Oktar həbs olunduqdan sonra sağlamlıq testindən keçmək üçün İstanbul Haseki Təhsil və Araşdırma Xəstəxanasına gətirilib. O, xəstəxanaya girdiyi əsnada "ingilislərin oyunu” ifadəsini işlədib.

Ona qarşı qaldırılan ittihamların arasında hərbi casusluq etməsi xüsusi diqqət çəkib. Onun hərbi casusluq çərçivəsində Türkiyəyə aid gizli sənədləri və bilgiləri İsrailin Kəşfiyyat Agentliyi olan MOSSAD vasitəsilə İsrailə göndərdiyi bildirilib.

İstintaq və həbs əməliyyatlarının sifarişinin İngiltərə kəşfiyyatından gəldiyini iddia edın Adnan Oktar verdiyi açıqlamada "İngiltərə kəşfiyyatı uzun müddətdir bizə qarşı istintaq açılmasını istəyirdi. Buna görə Türkiyəyə heyət göndərildi. Tayyib bəyin də İngiltərə səfəri zamanı bu tələb ona bildirildi. Biz vətənə, millətə sayğılı insanlarıq. PKK-ya, millət düşmənlərinə istintaq açılması lazım ikən bu, bizə edilir. Bu əməliyyatdan Tayyib bəyin də, daxili işlər nazirinin də xəbəri olduğunu düşünmürəm. Küskün deyiləm, amma təəccüblüyəm”.

***

Adnan Oktarın İstanbul Çəngəlköydə yerləşən evinə basqın zamanı çox sayda silah, qoruyucu jiletlər və zirehli avtomobillər aşkarlanıb.

Əməliyyat zamanı Adnan Oktar və mühafizəçiləri polisə müqavimət göstərib. Əlavə olaraq, A.Oktarın canlı yayım edən "A9” televiziyasına da səhər saatlarında əməliyyat təşkil edilib.

İstanbul Baş Polis İdarəsindən verilən açıqlamada "Adnan Oktarın cinayətkar təşkilatına qarşı əmıliyyat başladılıb. əməliyyat çərçivəsində 235 şübhəli həbs edilib” sözlərinə yer verilib.

Adnan Oktar və yanındakılar haqqında çox sayda şikayət qeydə alınıb. Azyaşlı qızların ailələri, fırıldağa məruz qalanlar, təşkilatdan ayrıldığı üçün böhtana və şantaja məruz qalanlar oktardan şikayət ediblər.

Adnan Oktar və tərəfdaşları aşağıdakı cinayətlərdə ittiham olunur: Cinayət məqsədilə təşkilat qurmaq, azyaşlılarla cinsi əlaqə, uşaq oğurluğu və ya əsir saxlanılması, cinsi təcavüz, şantaj, insanların azadlığını əlindən almaq, siyasi və hərbi casusluq, dini inanc və duyğuların istismar edilməsi, fırıldaqçılıq, cinayətdən əldə edilən gəlirlərin yuyulması, şəxsi həyatın gizliliyini pozmaq, rəsmi sənədlərdə saxtakarlıq, böhtan, xalqı hərbi qulluqdan çəkindirmək, həqarət, cinayət uydurmaq, yalançı şahidlik, qaçaqçılıqla mübarizə qanunlarına müxaliflik, vergidən yayınma, rüşvət, təlim və tədris haqlarının tapdalanması, işgəncə, şəxsi məlumatların qeydə alınması və siyasi haqların tapdalanması, ailənin təhlükəsizliyi və qadına qarşı zorakılığın qarşısının alınmasına müxaliflik./publika.az

Xəbər lenti