Xəzər Xəbər

10 min metr yüksəklikdə sərnişin təyyarəsinin ön pəncərəsi çatlayır və yanır - VİDEO

Veb TV | 14:04 • 17 May 2018
10 min metr yüksəklikdə sərnişin təyyarəsinin

Çinin Sichuan Airlines aviaxəttinin təyyarəsinin pilotları 10 min metr hündürlükdə kabinədə ön pəncərənin qırılması və dekompresiya ilə üzləşiblər. Rosiyskaya qazetanın verdiyi məlumata görə, hadisə ilə bağlı video sisial şəbəkələrdə paylaşılıb.

Bildirilir ki, ikinci pilotu hava axını sorub, lakin təhlükəsizlik kəmərini bağlamış hava gəmisinin kapitanı onu xidas edə bilib.

46 saniyəyə yaxın çəkilən rolikdə ön şüşənin çatlaması və yanması aydın görünür.

«Birdən birə şüşə çatladı və qulaqbatırıcı səs gəldi. Sonra isə hava axınının pilotu pəncərəyə tərəf sovurduğunu gördüm», - deyə kapitan Lyu Çuntsyan bildirib.

Nəticədə az qala kabinədən uçan ikinci pilot yüngül travma və üz kəsikləri ilə canını qurtara bilib. Hava gəmisinin kapitanı isə bel hissədən zədə alıb. 119 sərnişindən heç kim zərər görməyib. Uçuş zamanı pilotlar təyyarəni sabitlədirə və Çendu aeroportunda məcburi eniş edə biliblər./faktxəbər

Xəbər lenti