Xəzər Xəbər

Avropa İttifaqı İrana görə dollardan imtina etdi

Dünya | 12:31 • 16 May 2018
Avropa İttifaqı İrana görə dollardan imtina etdi
Avropa ittifaqı İrandan alacağı neftin ödənişini ABŞ dolları ilə deyil, avro ilə həyata keçirəcək.


Bu barədə "RİA Novosti"yə Brüsseldəki diplomatik mənbə məlumat verib.

Avropa Komissiyasından isə bildiriblər ki, 19-20 mayda Avropa İttifaqının enerji və iqlim məsələləri üzrə komissarı Migel Ariasa Kanyete İrana səfər edəcək. Səfərin məqsədi İranla enerji sahəsindəki əməkdaşlığı müzakirə etməkdir.

Qeyd edək ki, İran, Fransa, Almaniya və Böyük britaniyanın xarici işlər naziri, BMT vasitəçiləri və Avropa ittifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerinin iştirak etdiyi Brüssel danışıqlarında ABŞ sanksiyalarına rəğmən, Tehranla iqtisadi-ticari, enerji, maliyyə və nəqliyyat sahəsində əməkdaşlığın davam etdirilməsinə dair razılığa gəlinib.

Xəbər lenti