Xəzər Xəbər

Yüksək qiymət təklif edilir, amma sahibi satmır - Həsrət Əsədov üçün ən əziz mükafat - VİDEO

Veb TV | 20:17 • 13 Yanvar 2018
Yüksək qiymət təklif edilir, amma sahibi satmır -

Görünüşü təzə olsa da, 40 ildən çoxdur ki, istifadədədir...

Xezerxeber.az-ın məlumatına görə, söhbət bir zamanların ən prestijli avtomobili olan "Qaz-24"dən gedir.

Salyan rayonunun Marışlı kənd sakini Həsrət Əsədov sovet dönəmində rayondakı "Frunze" kolxozunun aparıcı pambıqçılarından biri olub. Elə bu sahədəki əməyinə görə ona bu avtomobili həmin dövrdə rəhbərlik tərəfindən hədiyyə olunub.

Məhsul Bayramı günü "Qaz 24" markalı avtomobilin açarları Həsrət Əsədova təqdim edilib. Qocaman pambıqçı deyir ki, o zaman əmək fəaliyyətinə görə "Qırmızı Əmək bayrağı", "Şərəf nişanı" hətta bir çoxları üçün əlçatmaz olan "Lenin" ordeni ilə təltif olunsa da, ona ən əziz olan mükafat məhz "Qaz-24" olub. Elə buna görə də bu günə kimi avtomobili qoruyub saxlayır.

Avtomobil həvəskarları tərəfindən dəfələrlə baha qiymət təklif olunsa da, Həsrət Əsədov maşını satmayıb.

Qeyd edək ki, indiyə kimi avtomobildə əsaslı təmir işləri aparılmayıb, ehtiyat hissələri dəyişdirilməyib.

Həsrət Əsədov özündən sonra bu avtomobilə övladlarının sahib çıxmasını istəyir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətrafl videomaterialı təqdim edir:


Xəbər lenti