Xəzər Xəbər

Sabah üçün QORXUNC PROQNOZ Növbəti 8 gün...

Cəmiyyət | 13:45 • 12 Sentyabr 2017
Sabah üçün QORXUNC PROQNOZ

Günəş sistemindəki partlayışlar nəticəsində yaranan maqnit dalğaları Yer kürəsində hiss ediləcək.

Bu barədə Moskva Dövlət Universitetinin mütəxəssisləri Rusiyanın "Ulduz" telekanalına açıqlamasında deyib.

Mütəxəssislər qeyd edir ki, 13 sentyabr gecə saatlarında planetin orbitində 3-4 bal gücündə maqnit dalğası gözlənilir. Növbəti 8 gün ərzində isə bu göstəricinin 5 bala qədər güclənəcəyi ehtimal edilir.

Ekspertlər Günəşdə qeydə alınan fəallıqla əlaqədar Yer kürəsinin orbitində olan kosmik aparatların zərər görə biləcəyini də qeyd ediblər.

Tədqiqatçıların fikrincə, sentyabr ayının 13-ə gözlənilən maqnit dalğası sözügedən 5 təhlükəli maqnit dalğasından ikincisi olacaq və ondan sonra Günəş Yer kürəsinin digər tərəfinə keçəcək. Alimlər yaxın gələcəkdə 3-cü səviyyəli maqnit dalğasının baş verəcəyi ehtimalını da nəzərə çatdırıblar./publika.az

Xəbər lenti