Xəzər Xəbər

Sərdar Ortac Paşinyanı ruhi xəstə adlandırdı Sərt sözlər

Şou Biznes | 14:05 • 20 Oktyabr 2020
Sərdar Ortac Paşinyanı ruhi xəstə adlandırdı

Türkiyəli müğənni Sərdar Ortac Ermənistan rəhbərliyinə sərt mesajlar ünvanlayıb.


Etilerdə sevgilisi Seçil Gür ilə alış-veriş edərkən görüntülənən Sərdar Ortac jurnalistlərin suallarını cavablandırarkən Azərbaycan-Ermənistan sərhədindəki münaqişələrdəndə danışıb:


"Əsgəriniz varsa, əsgərlərlə döyüşün, mülki şəxslərə nəyə görə raketlər atırsınız? Mənim erməni xalqına sözüm yoxdur, ancaq başında duran adam ruhi xəstədir”, - deyə müğənni bildirib.


"Lazım gələrsə, Azərbaycan üçün əsgər gedərsinizmi?” sualına isə reksiyası bu cür olub:


"Əgər mənə tapşırılıq gələrsə, əlbəttə bunu edəcəm. Amma Azərbaycan əsgəri öz vətəndaşını və torpaqlarını qəhrəmanlıqla müdafiə edir" - deyə Sərdar Ortac cavab verib.


Sfera.az


 

Xəbər lenti