Xəzər Xəbər

“Avatar 2”nin çəkilişləri bitdi

Şou Biznes | 11:01 • 29 Sentyabr 2020
“Avatar 2”nin çəkilişləri bitdi

"Avatar 2”nin çəkilişləri başa çatıb.


"Cinema Blend”in xəbərinə görə, bu barədə filmin rejissoru Ceyms Kameron məlumat yayıb.


"İkinci hissəni tam bitirmişik, "Avatar-3”ün isə çəkilişlərini təxminən 95 faiz tamamlamışıq”, - deyə o bildirib.


Koronavirus pandemiyası səbəbindən çəkilişlərin dayandırılmasından şikayətlənən rejissor bu səbəbdən "Avatar 2”nin premyerasının bir il təxirə salındığını deyib.


İlkin məlumatlara görə, təqdimat 2022-ci ilin dekabrın 16-na təyin olunub.


Qeyd edək ki, "Avatar” 2009-cu ildə ekranlara verilib. 237 milyon dollarlıq büdcəsi olan bu lent dünya kassalarında 2.7 milyard dollardan çox qazanıb və on il ərzində ən çox gəlir əldə edən film olub.

Xəbər lenti