Xəzər Xəbər

Acun Ilıcalı ən böyük peşmanlığını açıqladı

Şou Biznes | 11:52 • 28 May 2020
Acun Ilıcalı ən böyük peşmanlığını açıqladı

Türkiyənin "TV8” kanalının sahibi, məşhur prodüser və aparıcı Acun Ilıcalı ən böyük peşmanlığından danışıb.

"HaberGlobal” məlumat verir ki, o, Cüneyt Özdemirin "YouTube” kanalının qonağı olub.

A.Ilıcalı izləyicilərdən birinin ona ünvanlandığı "həyatda ən böyük peşmanlığın nədir?” sualını cavablandırıb:

"Ailəm Bodruma gedərkən qəzaya düşdü. İki maşınla gedirdik. Atam öz avtomobili ilə yola çıxdı. O gün maşını mən sürmək istərdim...Əslində, maşını həmişə mən sürürdüm, onları öncədən göndərmək ən böyük peşmanlığımdır. Kaş, o maşını mən sürərdim...”

Xəbər lenti