Xəzər Xəbər

“Hercai”nin məşhur aktrisasından ÇAĞIRIŞ: “Heç kimdən hədiyyə, gül gözləmirəm”

Şou Biznes | 14:15 • 14 May 2020
“Hercai”nin məşhur aktrisasından ÇAĞIRIŞ:

Mayın 18-i Ebru Şahinin doğum günüdür.

Türkiyə mətbuatı xəbər verir ki, aktrisanın 26 yaşı tamam olacaq. Bu münasibətlə "Hercai” serialının tanınmış ulduzu 2 milyon 800 min izləyicisi olan instaqram hesabında pərəstişkarlarına çağırış edib:

"Heç kimdən hədiyyə, gül gözləmirəm. Hamımızın evdə olduğumuz bu müddətdə sadəcə yaxşı olmağınızı istəyirəm. "Yaxşılıq et” sosial hədiyyə platforması vasitəsi ilə xərçəngsiz həyat adlı kampaniya açdım. Böyük və kiçik ianələriniz məni çox sevindirəcək”./publika.az

Xəbər lenti