Xəzər Xəbər

Mustafa Sandal dörd mərtəbəli lüks villasını satışa çıxardı - FOTO

Şou Biznes | 14:09 • 5 May 2020
Mustafa Sandal dörd mərtəbəli

Keçmiş həyat yoldaşı, serbiyalı Emina Yahoviçlə yenidən evlənəcəyi ilə bağlı iddiaları yalanlayan Tükiyənin məşhur müğənnisi Mustafa Sandal dəbdəbəli villasını satışa çıxarıb.

650 kvadratmetrlik dörd mərtəbəli villasını müğənni 4 milyon 131 min dollara (7 milyon 23 min manat - red.) satmaq qərarına gəlib.

Keçmiş cütlüyün əldə etdiyi razılığa əsasən, Ulus Savoydan alacaqları iki ev oğlanları Yavuz və Yamanın olacaq.

Qeyd edək ki, 2008-ci ildəEmina Yahoviçlə ailə quran Mustafa Sandal 2018-ci ildə boşanıb.

oxu.az

Xəbər lenti